McLaren Norrisi transfer edib

McLaren komandası gənc istedadlı sürücü Lando Norrisi özünün sürücü akademiyasına qəbul edib.

F-1.az xatırladır ki, Norris keçən il MSA Formula4-də çıxış edib və Charlin komandası ilə Dünya Çempionu olub. Bundan başqa ADAC Formula4 seriyasında çıxış edib və 8 yarışın 1-də qalib gəlib.

Norris 2016-cı ildə İngiltərə Formula3 seriyasından başqa Formula Renault 2.0-da da yarışıb. Gənc sürücü İngiltərə Formula3 seriyasında 3 qələbə qazanaraq, 4-cü olub.

Eurocup Formula Renault 2.0 və Formula Renault 2.0 seriyalarında da çıxış edən gənc sürücü hər iki seriyada da çempion olub.

McLaren Group-un rəhbəri Zek Braun gənc sürücü barədə danışıb: “Landoda mükəmməl gələcək görürəm. Keçən il bir neçə seriyada çıxış edərək rəqiblərini geridə qoydu. Daha sonra isə McLaren Autosport BRDC-də ən yaxşı çempion mükafatını aldı. Bu performansına görə simulyatorumuzdan istifadə edə bilər. Onu texniki cəhətdən inkişaf etdirib, Formula1-ə hazırlayacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*