25 Avqust 2019, Bazar - 06:40

B.Förnli: “Okon istədiyi yerə gedə bilər”

B.Förnli: “Okon istədiyi yerə gedə bilər”

Müəllif: Rauf Hacıyev, redaktor

14:28 - 29 Yanvar, 2017

Force İndia-nın rəhbər köməkçisi Bob Förnli bildirib ki, başqa komanda ilə çoxillik müqaviləsi olan sürücü ilə yarışmaqdan qorxmurlar.

F-1.az xatırladır ki, Mercedes-in gənc sürücü proqramından olan Esteban Okon bu ildən etibarən Force İndia komandasında yarışacaq.

Mercedes-in fransalı sürücünü geri çağırmaq ehtimalı olsa da, Förnli bundan narahat deyil: “Narahat olmadığımı qətiliklə deyə bilərəm. O, iki il ərzində Force İndia-da sürəcək. Bu qədər. Həmilton və ya Bottası əvəz etməsi mümkün deyil. Əgər ondan test etməsini istəsələr, buna görə sevinərəm”.

Hülkenberq komandadan ayrıldıqdan sonra bir neçə sürücünü seçən Force İndia komandası qərarı ilə hamını təəccübləndirmişdi.

Förnli bildirib ki, Okonun Mercedes ilə müqaviləli olması onlar üçün heç bir əhəmiyyət kəsb etmir: “Məncə, dəyişən bir şey yoxdur. Məsələn, iki il bir sürücü ilə yarışarıq və sonra karyerasını başqa komandada davam etdirmək istəyər. Bu elə də vacib deyil. Biz komandanın və sürücülərin performanslarını yüksək səviyyədə tutmalıyıq. Əgər performansınız güclüdürsə, onda dəyişikliyi daha az arzulayarsınız”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 291
Teqlər , , ,
Paylaş

logo