T.Volff: “Ferrari doğru yoldadır”

Mercedes Motorsport-un rəhbəri Toto Volff Ceyms Əllisonun yerinə adlı-sanlı mühəndis gətirməyən Ferrari-ni dəstəkləyib.

F-1.az xatırladır ki, Ferrari yayda Əllisonla yollarını ayırdıqdan sonra komandanın baş motorçusu Mattia Binottonu texniki direktor vəzifəsinə təyin etmişdi.

İtalyanların adı Pəddi Lou, Ədrian Nyui və Ceyms Ki ilə hallansa da, onların heç biri ilə müqavilə bağlamamışdılar. Toto Volff Ferrari-nin bu vəziyyətini dəyərləndirib və onlara dəstək verdiyini deyib: “Onlar komanda daxilindəki italyan mühəndislərə fokuslanmaq istədilər və buna görə də məşhur mühəndislə müqavilə bağlamadılar. Düşünürəm ki, Arrivabene və Markionne doğru qərar veriblər. Ferrari doğru yöndə addımlayır.

2012-ci və 2013-cü illərdə favorit deyildik. Amma qaydalar dəyişdikdən sonra hegemonluq etdik. Bəlkə, Ferrari də eynisini edə bilər. Rəqabətədavamlı olmaq üçün lazımi resursları var”.

Volff etiraf edib ki, onlar Mik Şumaxerlə maraqlanırlar: “Mik həm yaxşı oğlandır, həm də yaxşı sürücüdür. Ailəsi də qəlbimizə çox yaxındır. Bu il Formula3-ə fokuslanmalıdır. Əgər yaxşı performans göstərsə, çox komandanın diqqət mərkəzinə düşər. Mercedes də bu komandalar arasında olacaq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*