Britaniya-2020: Yarış

Gecikmiş mövsümün ikinci üçyarışlıq seriyasının ilk, ümumilikdə isə builki dördüncü yarış olan Britaniya Qran Prisinə ilk 3 yarışın qalibi Mercedes aşkar favorit olaraq gəlib.

F-1.az xatırladır ki, dünən baş tutan ilk məşqlərdə Ferstappen, ikinci məşqlərdə Stroll hamıdan sürətli olub. Dünənki son məşqlərdə isə Bottas protokollara başçılıq edib. Lyuis Həmilton sıralanma turunda karyerasında 91-ci poulunu əldə edərək Silverstounda yeddinci dəfə yarışa ən öndən başlamağa haqq qazanıb.

Həftəsonu başlamazdan əvvəl diqqət mərkəzinə düşən xəbər Serxio Peresin koronavirusla yoluxması və yarışda iştirak edə bilməyəcəyi olub. Racing Point qısa zaman ərzində onu əvəzləyəcək sürücü problemini həll edib – Peresin sükanı ən azından bu həftəsonu üçün Niko Hülkenberqə həvalə edilib.

Daniil Kvyat ötürmələr qutusunu vaxtından əvvəl dəyişdiyi üçün, Corc Rassell isə sıralanma turunda sarı bayraqlar zamanı sürətini azaltmadığı üçün startda 5 yer itirib.

Startda az qalmış Hülkenberqin maşınının güc qurğusunda problemlər aşkarlanıb. Sürücünün əvvəlcə pit yolundan start alacağı bildirilsə də, daha sonra bunun da mümkün olmayacağı aydınlaşıb. Beləliklə, Nikonun geri qayıdışı ən azından bu həftəlik baş tutmayıb.

Pirelli Britaniyadakı ilk yarışa sərt üçlüyü- C1, C2 və C3 tərkiblərini gətirib. Mclaren və Renault sürücüləri ilə yanaşı Fettel Soft, digərləri isə Medium təkərlərlə yarışa başlayıblar.

Yarışa ilk cərgədən Həmiltonun yanında Bottas başlayıb. İkinci cərgədən Ferstappen və Lekler, üçüncü cərgədən isə Norris və Stroll start alıblar.

Startda Həmilton bir qədər sürüşsə də, liderliyini qoruyub, Lekler Maksı üstələsə də, niderlandlı sürücü yenidən üçüncülüyə yüksəlib. Rikkardo 6-cı yerə qədər yüksəlib. Okona hücum edən Fettel trasdan çıxsa da, yerini heç kimə verməyib.

Maqnussen Elbonla təmasdan sonra qəza edib və Təhlükəsizlik Maşını (TM) trasa çıxıb. Stüardlar insidentə görə Elbona 5 saniyəlik cəza veriblər. 3-cü dövrədən sonra ilk onluq: Həmilton – Bottas – Ferstappen – Lekler – Sayns – Rikkardo – Norris – Stroll – Okon – Fettel.

Restart beşinci dövrədə verilib. Həmilton yenə yerini qoruyub, Mercedes sürücləri dərhal digərlərindən uzaqlaşıblar. Elbon 2 dövrə sonra pit-stop edib. 13-cü dövrədə TM yenidən trasa çıxıb –  bu dəfə səbəb Kvyatın qəzası olub. Daniil kokpitdən özü çıxıb, lakin müayinə üçün tibbi mərkəzə göndərilib. Qrojandan başqa hər kəs Hard təkərlərə keçib.

Mübarizə 18-ci dövrədə yenidən başlayıb, Norris Rikkardonu, Okon Fetteli keçib. Sayns nəhayət, 23-cü dövrədə Qroajnı ötərək 5-ci yerə yüksəlib. İki dövrə sonra isə onu Norris də üstələyib. Elbon 30-cu dövrədə növbəti dəfə pitə gələrək həm cəzasını çəkib, həm də təkərlərini dəyişib.

Qrojan nəhayət, 36-cı dövrədə yeni təkərlərə keçib. İki dövrə sonra Qasli onunculuq uğrunda mübarizədə Fetteli qabaqlayıb.  38-ci dövrədən sonra ilk onluq: Həmilton – Bottas – Ferstappen – Lekler – Sayns – Norris – Rikkardo – Stroll – Okon – Qasli.

Okon Strollu üstələyib, 48-ci dövrədə isə Rəykkönen ön qanadını qıraraq pitə gəlib. Son dövrələrdə isə maraqsız keçən yarışın məcrasını bir anda Pirelli təkərləri dəyişib – ilk altılıqda olan 3 sürücünün təkəri partlayıb. Əvvəlcə 50-ci dövrədə Bottasın sol ön təkəri parltayıb, sürücü xeyli vaxt itirərək boksa gəlib və yeniu təkərlə ilk onluqdan arxada trasa qayıda bilib. Bundan bir qədər sonra isə Saynsın maşınında eyni təkər artıq tab gətirməyib. İspan sürücü də təkərlərini dəyişərək xeyli mövqe itirməli olub.

Nəhayət, təkər partlatmaq növbəsi yarışın lideri Həmiltona çatıb. Son dövrədə baş verdiyindən, britaniyalının yeganə seçimi sona qədər getmək olub. Bir qədər əvvəl sürətli dövrə vurmaq üçün Soft təkərə keçən Maks Ferstappen aradakı olduqca böyük fərqi əritməyə çalışsa da, Lyuis finiş xəttini birinci keçməyə nail olub.

Lyuis Həmilton bu mövsüm üçüncü, karyerasında 87-ci qələbəsini əldə edib. Əsas rəqibi Valtteri Bottasın xalsız qalması ilə çempionatda xal fərqini kifayət qədər artırıb. Maks Ferstappen ikinci, Şarl Lekler isə üçüncü olub.

Çempionat gələn həftə məhz burada fərqli adlı və fərqli təkər tərkibləri olan yarışla davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1
2 33 Maks Ferstappen Red Bull + 0:05.856 2
3 16 Şarl Lekler Ferrari + 0:18.474 1
4 3 Daniel Rikkardo Renault + 0:19.650 1
5 4 Lando Norris McLaren + 0:22.277 1
6 31 Esteban Okon Renault + 0:26.937 1
7 10 Pyer Qasli AlphaTauri + 0:31.188 1
8 23 Aleksander Elbon Red Bull + 0:32.670 2
9 18 Ləns Stroll Racing Point + 0:37.311 1
10 5 Sebastyan Fettel Ferrari + 0:41.857 1
11 77 Valtteri Bottas Mercedes AMG + 0:42.167 2
12 99 Antonio Covinatsi Alfa Romeo + 0:54.205 1
13 63 Corc Rassell Williams + 0:52.004 1
14 55 Karlos Sayns McLaren + 0:53.370 2
15 6 Nikolas Latifi Williams + 0:54.549 1
16 8 Roman Qrojan Haas + 0:55.050 1
17 7 Kimi Rəykkönen Alfa Romeo +1 dövrə 2

 

Sürətli Dövrə: Maks Ferstappen (Red Bull) 1:27.097 (52-ci dövrə)

 

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Daniil Kvyat AlphaTauri 13 qəza
Kevin Maqnussen Haas 2 qəza
Niko Hülkenberq Racing Point 0 güc qurğusu (start almayıb)

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas 88
2 77 Valtteri Bottas Mercedes AMG Petronas 58
3 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 52
4 4 Lando Norris McLaren F1 Team 36
5 16 Şarl Lekler Scuderia Ferrari 33
6 23 Aleksander Elbon Aston Martin Red Bull Racing 26
7 11 Serxio Peres BWT Racing Point F1 Team 22
8 18 Ləns Stroll BWT Racing Point F1 Team 20
9 3 Daniel Rikkardo Renault DP World F1 Team 20
10 55 Karlos Sayns McLaren F1 Team 15
11 31 Esteban Okon Renault DP World F1 Team 12
12 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 12
13 5 Sebastyan Fettel Scuderia Ferrari 10
14 99 Antonio Covinatsi Alfa Romeo Racing 2
15 26 Daniil Kvyat Scuderia AlphaTauri Honda 1
16 20  Kevin Maqnussen Haas F1 Team 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 146
2 Aston Martin Red Bull Racing Honda 78
3 McLaren F1 Team Renault 51
4 Scuderia Ferrari Ferrari 43
5 BWT Racing Point F1 Team Mercedes 42
6 Renault DP World F1 Team Renault 32
7 Scuderia AlphaTauri Honda Honda 13
8 Alfa Romeo Racing Ferrari 2
8 Haas F1 Team Ferrari 1
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*