Britaniya-2020: Birinci sərbəst yürüşlər

Silverstounda hava gözləniləndən çox isti olub və bu da komandaların prqoramlarını müəyyən qədər məhdudlaşdırıb. Sabah və bazar günü 10 dərəcə daha sərin olacağından, bugünkü məşqlərdə toplanan məlumatlar çox əhəmiyyət daşımayacaq.

F-1.az bildirir ki, komandalar bu vəziyyətdən həm də öz xeyirlərinə istifadə ediblər – sessiyanı bir sıra yenilikləri yoxlamağa sərf ediblər. Peresin koronavirus testi müsbət çıxdıqdan sonra onu əvəzləmək üçün bir sutkadan qısa vaxt ərzində oturacaq sazlanmaları üçün fabrikə gedən, trasa gələrək testdən keçən və məşqlərə özünü çatdıran Niko Hülkenberq trasa hamıdan tez çıxıb.

Fettel ilk məşqləri boksda keçirib. Buna səbəb telemetriyadakı problemlər olub – alman sürücü bir neçə dövrə vurduqdan sonra maşını mexaniklərə təslim edib. Rəykkönen asfaltdan çıxıb, komanda yoldaşı Covinatsi isə yerində fırlanıb. İtalyan sürücü boksa qayıdarkən asfaltın üstünə çınqıl və torpaq dağılıb. Sessiya onların təmizlənməsi üçün qırmızı baryaqlarla dayandırılıb.

Protokollara 1:27.422-lik nəticə ilə Maks Ferstappen başçılıq edib.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:27.422 26
2 44 Lyuis Həmilton Mercedes AMG 1:27.896 + 0:00.474 26
3 18 Ləns Stroll Racing Point 1:28.004 + 0:00.582 21
4 23 Aleksander Elbon Red Bull 1:28.129 + 0:00.707 22
5 16 Şarl Lekler Ferrari 1:28.221 + 0:00.799 21
6 77 Valtteri Bottas Mercedes AMG 1:28.519 + 0:01.097 27
7 31 Esteban Okon Renault 1:28.559 + 0:01.137 25
8 3 Daniel Rikkardo Renault 1:28.575 + 0:01.153 21
9 27 Niko Hülkenberq Racing Point 1:28.592 + 0:01.170 22
10 26 Daniil Kvyat AlphaTauri 1:28.868 + 0:01.446 20
11 10 Pyer Qasli AlphaTauri 1:28.909 + 0:01.487 23
12 55 Karlos Sayns McLaren 1:28.988 + 0:01.566 22
13 4 Lando Norris McLaren 1:28.990 + 0:01.568 21
14 20 Kevin Maqnussen Haas 1:29.532 + 0:02.110 22
15 8 Roman Qrojan Haas 1:29.576 + 0:02.154 23
16 7 Kimi Rəykkönen Alfa Romeo 1:29.746 + 0:02.324 24
17 63 Corc Rassell Williams 1:29.899 + 0:02.477 22
18 99 Antonio Covinatsi Alfa Romeo 1:29.925 + 0:02.503 16
19 6 Nikolas Latifi Williams 1:30.703 + 0:03.281 19
20 5 Sebastyan Fettel Ferrari 2
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*