C.Rassel cərimələnib

Williams komandasının sürücüsü Corc Rassel bugünkü sıralanma turunda sarı bayraq zamanı yavaşlamadığı üçün startda 5 yer itirəcək.

F-1.az xatırladır ki, britaniyalı sürücü vətənindəki sıralanma turunda mükəmməl performans göstərərək 15-ci olub. Ancaq yarışın stüardları Nikolas Latifinin yerində fırlanmasından sonra sarı bayraqlarda yavaşlamayan Corc Rasseli araşdırıblar.

Gənc sürücü sarı bayraqlara məhəl qoymayaraq, nəticəsini daha da yaxşılaşdırıb. Buna görə də Rassel öz ölkəsindəki yarışın startında beş yer itirməli olacaq. Bundan başqa 22 yaşlı sürücünün lisenziyasına 3 bal yazılıb.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*