Britaniya-2020: İkinci sərbəst yürüşlər

İkinci sessiya ilk məşqlərə nisbətən daha qızmar havada baş tutub - buludsuz havada asfaltın istiliyi hətta +50 dərəcəyə çatıb.

F-1.az bildirir ki, istiyə baxmayaraq, güclü külək komandaların işini çətinləşdirib. Növbəti iki gündə isə iştirakçıları bugünkündən 10 dərəcə daha sərin hava gözləyir.

Ferrari mexanikləri ilk məşqləri buraxmalı olan Fettelin maşınındakı problemləri həll ediblər. Alman sürücü trasa çıxsa da, bu dəfə də əyləclərdəki nasazlığa görə boksa qayıtmalı olub.

Sessiya 45-ci dəqiqədə Elbonun qəzasına görə qırmızı bayraqlarla dayandırılıb. Sürücü müayinədən keçmək üçün tibbi mərəzə göndərilib. Maşın təxliyə edilib və 10 dəqiqə sonra restart verilib. Son anlarda isə Latifi eyni yerdə trasdan çıxsa da, ciddi qəzaya mane ola bilib.

Budəfəki protokollara başçılıq edən sürücü Ləns Stroll olub – 1:27.274. Sabahkı məşqlər sıralanma turu və yarışla bənzər hava şəraitində baş tutacağından, nəticələri maraqla gözlənilir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 18 Ləns Stroll Racing Point 1:27.274 29
2 23 Aleksander Elbon Red Bull Racing 1:27.364 + 0:00.090 13
3 77 Valtteri Bottas Mercedes AMG 1:27.431 + 0:00.157 30
4 16 Şarl Lekler Ferrari 1:27.570 + 0:00.296 30
5 44 Lyuis Həmilton Mercedes AMG 1:27.581 + 0:00.307 27
6 55 Karlos Sayns McLaren 1:27.820 + 0:00.546 35
7 27 Niko Hülkenberq Racing Point 1:27.910 + 0:00.636 27
8 10 Pyer Qasli AlphaTauri 1:27.997 + 0:00.723 35
9 3 Daniel Rikkardo Renault 1:28.112 + 0:00.838 27
10 7 Kimi Rəykkönen Alfa Romeo 1:28.159 + 0:00.885 35
11 4 Lando Norris McLaren 1:28.169 + 0:00.895 27
12 31 Esteban Okon Renault 1:28.219 + 0:00.945 35
13 99 Antonio Covinatsi Alfa Romeo 1:28.256 + 0:00.982 27
14 33 Maks Ferstappen Red Bull Racing 1:28.390 + 0:01.116 35
15 26 Daniil Kvyat AlphaTauri 1:28.426 + 0:01.152 27
16 8 Roman Qrojan Haas 1:28.564 + 0:01.290 35
17 63 Corc Rassell Williams 1:28.771 + 0:01.497 27
18 5 Sebastyan Fettel Ferrari 1:28.860 + 0:01.586 35
19 20 Kevin Maqnussen Haas 1:28.898 + 0:01.624 27
20 6 Nikolas Latifi Williams 1:29.958 + 0:02.684 35
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*