Britaniya-2020: Üçüncü sərbəst yürüşlər

Hava dünənkinə nisbətən, 10 dərəcə soyuyub, sabah da belə olacağı gözlənilir. Buna görə də, dünənki məşqlərdən toplanan məlumatlar aktuallığını itirib və komandalar bu gün hər şeyi yenidən qiymətləndirməli olublar.

F-1.az bildirir ki, dünən qəza edən Elbonun maşınında elektrik problemləri meydana gəlib. Mexaniklər onları yalnız sessiyanın sonuna yaxın aradan qaldıra biliblər və sürücü trasa yekuna 15 dəqiqə qalmış çıxa bilib.

Sessiya sakit keçib. Fettel trasdan çıxsa da, geri qayıda bilib. Dünən isti havada Soft təkərlər tez aşınsa da, bu gün elə olmayıb. Maraqlıdır ki, bu yarışa ən yumşaq tərkib kimi gətirilmiş C3 təkərlər gələn həftəki yarışda Medium təkər olacaqlar.

Bütün idmançıların Soft ilə nəticə göstərdiyi sessiyada Bottas 1:25.873-lük nəticə ilə hamıdan sürətli olub.

Sıralanma turu Bakı vaxtı ilə 17:00-da start götürəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:25.873 19
2 44 Lyuis Həmilton Mercedes AMG 1:26.011 + 0:00.138 22
3 33 Maks Ferstappen Red Bull 1:26.173 + 0:00.300 15
4 18 Ləns Stroll Racing Point 1:26.576 + 0:00.703 14
5 55 Karlos Sayns McLaren 1:26.664 + 0:00.791 22
6 16 Şarl Lekler Ferrari 1:26.771 + 0:00.898 19
7 4 Lando Norris McLaren 1:26.798 + 0:00.925 23
8 3 Daniel Rikkardo Renault 1:26.841 + 0:00.968 15
9 27 Niko Hülkenberq Racing Point 1:26.872 + 0:00.999 15
10 10 Pyer Qasli AlphaTauri 1:27.046 + 0:01.173 19
11 26 Daniil Kvyat AlphaTauri 1:27.076 + 0:01.203 18
12 31 Esteban Okon Renault 1:27.158 + 0:01.285 16
13 28 Aleksander Elbon Red Bull 1:27.178 + 0:01.305 9
14 5 Sebastyan Fettel Ferrari 1:27.251 + 0:01.378 21
15 8 Roman Qrojan Haas 1:27.537 + 0:01.664 18
16 63 Corc Rassel Williams 1:27.738 + 0:01.865 17
17 99 Antonio Covinatsi Alfa Romeo 1:27.825 + 0:01.952 16
18 20 Kevin Maqnussen Haas 1:27.860 + 0:01.987 15
19 7 Kimi Rəykkönen Alfa Romeo 1:27.976 + 0:02.103 20
20 6 Nikolas Latifi Williams 1:28.112 + 0:02.239 15
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*