ABŞ-2016: İkinci sərbəst yürüşlər

Nahardan sonra da Texas səmaları buludsuz olub. Havanın temperaturu +22 dərəcəyə, asfaltın istiliyi isə +37 dərəcəyə qədər yüksəlib.

F-1.az xatırladır ki, keçən mövsüm komandalar sərbəst yürüşlərdə yağış yağdığı üçün sliklərlə işləyə bilməmişdilər. Bu il isə işləmək vacib idi. Çünki komandalar təkərlərin bu trasda necə tərsir bağışlayacağını öyrənməli, buna uyğun olaraq, strategiyalar üzərində işləməlidirlər. Nəzərə almalıyıq ki, Ostində bu il ilk dəfə SuperSoft təkərlərdən istifadə olunacaq…

İkinci sərbəst yürüşlərin nəticələrinə əsasən görmək olar ki, SuperSoft təkərlər azı 15 dövrə öz effektivliyini saxlaya bilir – Soft təkərlərin ömrü isə bir qədər uzundur.

Sessiyanın əvvəlində Okon 17-ci döngədə yerində fırlanaraq trasdan çıxıb. O, boksa qayıtmalı olub. Bir qədər sonra isə yenidən sükan arxasına keçib. Sessiya 54-cü dəqiqədə 3-cü, 4-cü və 5-ci döngələrin olduğu ərazidə asfaltın üzərində olan kənar elementlərə görə qırmızı bayraqlarla dayandırılıb, bir neçə dəqiqədən sonra isə davam edib.

Rosberq cümə gününün ən sürətli dövrəsini vurub – 1:37.358. Ona cəmi 0.2 saniyəlik fərqlə uduzan Rikkardo Red Bull-un burada Mercedes AMG-yə yaxın ola biləcəyini göstərib. İlk üçlüyü Həmilton tamamlayıb. Sabah məşqlər davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 6 Niko Rosberq Mercedes AMG 1:37.358 33
2 3 Daniel Rikkardo Red Bull 1:37.552 + 0:00.194 33
3 44 Lyuis Həmilton Mercedes AMG 1:37.649 + 0:00.291 32
4 5 Sebastyan Fettel Ferrari 1:38.178 + 0:00.820 35
5 33 Maks Ferstappen Red Bull 1:38.258 + 0:00.900 27
6 27 Niko Hülkenberq Force İndia 1:38.508 + 0:01.150 32
7 11 Serxio Peres Force İndia 1:38.568 + 0:01.210 31
8 22 Censon Batton McLaren 1:38.713 + 0:01.355 29
9 14 Fernando Alonso McLaren 1:38.801 + 0:01.443 30
10 7 Kimi Rəykkönen Ferrari 1:38.865 + 0:01.507 31
11 55 Karlos Sayns Toro Rosso 1:38.971 + 0:01.613 31
12 20 Kevin Maqnussen Renault 1:39.159 + 0:01.801 23
13 12 Felipe Nasr Sauber 1:39.189 + 0:01.831 28
14 77 Valtteri Bottas Williams 1:39.197 + 0:01.839 34
15 26 Daniil Kvyat Toro Rosso 1:39.202 + 0:01.844 36
16 19 Felipe Massa Williams 1:39.281 + 0:01.923 30
17 30 Colion Palmer Renault 1:39.455 + 0:02.097 34
18 8 Roman Qrojan Haas 1:39.554 + 0:02.196 24
19 31 Esteban Okon Manor 1:40.086 + 0:02.728 27
20 21 Esteban Qutyerres Haas 1:40.114 + 0:02.756 26
21 9 Markus Eriksson Sauber 1:40.219 + 0:02.861 28
22 94 Paskal Verlyayn Manor 1:41.131 + 0:03.773 31
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*