L.Həmilton: Yaxşı başladıq

Mercedes komandasının sürücüsü Lyuis Həmilton həftəsonuna yaxşı başladıqlarını deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü Yubiley Qran Prisinin cümə sərbəst yürüşlərində birinci yeri tutub.

Lyuis Həmilton
: “Bizim üçün yaxşı gün idi. Bolidi anladıq və keçən həftə yığdığımız məlumatları təhlil etdik. Nəticəmizi bir az da yaxşılaşdıra bilərik.

Soft təkərlərin üzərində işləməliyik. Çünki bu həftə təkərlər daha yumşaqdır. Buna baxmayaraq, indiyə kimi hər şey qaydasında idi. Sazlanmaları dəyişdirmədik və yarışa yeniliklər gətirməmişik.

Pirelli-nin bu həftəki təkərləri daha tez qızır. Medium təkərlər isə dövrənin sonuna ideal işçi rejimində olur. Keçən həftə son dövrələrdə çox şey dəyişdi. Buna görə də bu həftə çoxlu təhlillər aparmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*