L.Həmilton yoxsulluğa qarşı mübarizəyə çağırır

F-1.az bildirir ki, şəxsi sərvəti 300 milyon funt sterlinq dəyərində qiymətləndirilən yeddiqat dünya çempionu "On Purpose" podkastında varlı insanları yoxsulluğa qarşı mübarizə aparmağa çağırıb.

Lyuis Həmilton: “Min illərdir varlılar və kasıblar arasında böyük fərq var. Los-Ancelesdə maşın sürərkən küçədə nə qədər insanın yaşadığını görürəm. Hesab edirəm ki, insanların milyardlarla pulu olmamalıdır. Nə qədər sahib ola biləcəyinizin bir həddi olmalıdır. Onda pul hər kəsə kifayət edəcək. Qanunlar hamı bərabərliyi lehinə yenidən yazılmalıdır. Amma bunu necə edəcəyimi bilmirəm.

Mən Hindistanda olmuşam, Manila kimi həqiqətən yoxsul yerlərdə, bizə bənzəyən kiçik uşaqlar görmüşəm, amma onlar acından ölür. Ürəyim pis olur. Və sonra başa düşdüm ki, onların qayğısına qala bildiyimiz üçün nə qədər şanslıyıq. Yüz milyondan çox uşağın təhsil almaq imkanı yoxdur, gəlin birlikdə bu problemi həll etməyə çalışaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*