7 maşında güc qurğusunun elementləri dəyişdirilib

FİA bu gün səhər 7 maşının güc qurğusunda dəyişikliklər edildiyini təsdiqləyib.

F-1.az xəbər verir ki, Alonsodan başqa, digər 6 sürücünün maşınında edilən dəyişikliklər icazə verilən limitlər daxilində olduğundan, heç biri cərimələnməyib. Dəyişikliklər aşağıdakılardan ibarətdir:

Hər iki Mercedes AMG sürücüsü üçüncü daxili yanma mühərriyi (İCE), turbinə (TC), MGU-H və MGU-K generatorlarına;

Sebastyan Fettel üçüncü daxili yanma mühərriyi (İCE) və elektron idarəetmə blokuna (CE);

Kimi Rəykkönen üçüncü daxili yanma mühərriyi (İCE) və MGU-H generatoruna, dördüncü turbinə (TC);

Karlos Sayns dördüncü MGU-H generatoruna;

Fernando Alonso beşinci rekuperasiya sisteminin akkumulyatoruna (ES);

Niko Hülkenberq üçüncü MGU-K generatoruna keçiblər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*