İtaliya-2020: İkinci sərbəst yürüşlər

İlk məşqlərdə sürücülərin əksəriyyəti əylənmələrdə səhvlərə yol verib. Ferstappen hətta qəza edib. Zaman keçdikcə, mühəndislər sürücülərin daha az təhlükə hiss etmələri üçün asfaltayatmaq qüvvələrini artırıblar.

F-1.az bildirir ki, bir çox komanda proqramını sürücülər arasında bölüşdürüb – eyni anda müxtəlif təkər tərkiblərinin səmərəliliyini yoxlamaq mümkün olub. Lekler, Rikkardo, Fettel, Qrojan, Elbon və Maqnussen əfsanəvi Parabolikada trasdan tam çıxdıqları üçün dövrəvi nəticələri ləğv edilib.

Sürücülər həm arıdıcıl dövrələrlə yarışa, həm də sıralanma turuna hazırlaşıblar. Bu həftəsonu ilk dəfə sıralanma turu ilə yarış arasında mühərrik parametrlərinin dəyişdirilməsi qadağan ediləcək. Güc qurğusunun parametrləri barədə əvvəlcədən xəbər vermək lazımdır. Buna görə də, ikinci sərbəst yürüşlərə əsasən, qüvvələr nisbəti barədə fikir yürütmək mümkündür.

Lyuis Həmilton 1:20.192-lik nəticə ilə hamıdan sürətli olub. Məşqlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:20.192 32
2 77 Valtteri Bottas Mercedes AMG 1:20.454 + 0:00.262 29
3 4 Lando Norris McLaren 1:21.089 + 0:00.897 19
4 10 Pyer Qasli AlphaTauri 1:21.121 + 0:00.929 25
5 33 Maks Ferstappen Red Bull 1:21.228 + 0:01.036 30
6 55 Karlos Sayns McLaren 1:21.313 + 0:01.121 30
7 26 Daniil Kvyat AlphaTauri 1:21.376 + 0:01.184 35
8 18 Ləns Stroll Racing Point 1:21.389 + 0:01.197 32
9 16 Şarl Lekler Ferrari 1:21.503 + 0:01.311 32
10 11 Serxio Peres Racing Point 1:21.594 + 0:01.402 31
11 31 Esteban Okon Renault 1:21.697 + 0:01.505 32
12 5 Sebastyan Fettel Ferrari 1:21.733 + 0:01.541 28
13 99 Antonio Covinatsi Alfa Romeo 1:21.786 + 0:01.594 32
14 23 Aleksander Elbon Red Bull 1:21.883 + 0:01.691 36
15 3 Daniel Rikkardo Renault 1:22.080 + 0:01.888 29
16 33 Kevin Maqnussen Haas 1:22.088 + 0:01.896 32
17 7 Kimi Rəykkönen Alfa Romeo 1:22.147 + 0:01.955 34
18 8 Roman Qrojan Haas 1:22.254 + 0:02.062 34
19 6 Nikolas Latifi Williams 1:22.825 + 0:02.633 32
20 63 Corc Rassell Williams 1:22.927 + 0:02.735 34
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*