Toto Volff: “Hər şey kartinqdən başlayır. Formula1 də elə həmin şeydir, sadəcə daha yüksək səviyyədə. Yarışlar tam eynidir, uşaqları izləmək isə fantastik dərəcədə maraqlıdır.
Valideyn kimi siz həmişə emosional olaraq prosesin içində olursunuz və bu, tamamilə normaldır. Amma Cekin cəmi 9 yaşı var, ətrafda da çoxlu balaca uşaqlar var – ünsiyyətdə düzgün yanaşmanı tapmaq vacibdir. Pol həmişə alınmır. Çətin məqamlar olur, amma sonda hər şey qaydasına düşür və hər kiçik uğursuzluq gələcək üçün bir dərsə çevrilir.
Bu yaşda sadəcə gözləmək, uşaqlara vaxt vermək lazımdır. Onlar hələ çox balacadırlar, vacib olan odur ki, nəticə qazanmaq məcburiyyətinin təzyiqini yox, yarışlardan zövq alsınlar – ən əsası da budur”.





