K.Uilyams: “Biz demək olar ki, razılığa gəlmişik…”

Kler guman edir ki, Valtterinin Mercedes AMG-yə keçidi ilə bağlı vəziyyət gələn həftə məlum ola bilər.

Çoxdan şayiələr gəzir ki, Lyuis Həmiltonun yeni komanda yoldaşı Valtteri Bottas olacaq. Mercedes AMG-nin yeni sürücüsünü Milad bayramından əvvəl açıqlayacağı gözlənilirdi, lakin danışıqlar hələ də davam edir.

Kler Uilyams: “Hər şey bir qədər uzandı. Hamı Lyuisin yeni komanda yoldaşının kim olacağını bilmək istəyir. Əlbəttə, biz başa düşürdük ki, Niko Rosberq karyerasını bitirdiyini açıqlayanda Toto Volff bizə zəng edəcək. Bu, Valtteri üçün yaxşı şansdır. O, komanda üçün çox şey edib. Biz həmişə demişik: Onun keçidi Williams-a mənfəət qazandıracaqsa, keçidinə icazə vermək düzgün olar.

Əslində heç kimə başqa komandaya keçmək istəyən sürücü lazım deyil. Belə gözəl şans əldə etmiş insana mane olmaq yaxşı deyil. Xüsusilə də, Valtterinin karyerasının bu çağında və hazırkı vəziyyətdə. Altı həftəyə yaxındır ki, hər şeyi yenidən qurmağa çalışırıq. Biz demək olar ki, razılığa gəlmişik və ümid edirəm ki, növbəti həftə açıqlama verə bilərik. Biz hər şeyi Williams-ın xeyri üçün edirik”.

F-1.az xatırladır ki, Valtterinin Mercedes AMG-yə keçəcəyi halda, Felipe Massanın yenidən idmana qayıdacağı barədə məlumatlar yayılmışdı. Uilyams Massanın sürət və motivasiyasını itirmədiyinə inanır: “Massanın ürəyi həmişə bizim idmanla döyünüb. Ferrari-dən bizim komandaya keçdiyində hamı deyirdi ki, onun dövrü artıq keçib. Lakin Felipe bunun belə olmadığını sübut etdi. Əgər Felipe qayıtsa, düşünmürəm ki, yarışlara köklənməkdə problem yaşamayacaq. Biz qarşısına qoyulan vəzifənin öhdəsindən gələcəyinə şübhə etdiyimiz sürücünü çağırmarıq”.

Kler Uilyams etiraf edib ki, Mercedes AMG-dən yenicə ayrılmış Pəddi Lounun xidmətlərində maraqlıdır, lakin bunun Valtterinin Mercedes AMG-yə keçidi ilə hər hansı bir bağlılığı yoxdur: “Biz hesab edirik ki, bunlar müxtəlif məsələlərdir. Əlbəttə, bizə texniki direktor lazımdır, çünki Pət Simonds komandadan gedib. Lou bizim üçün cəlbedici variantdır. O, Mercedes AMG-yə ardıcıl üç il çempion olmaqda köməklik edib və siyahımızda üst yerlərdən birini tutur. Komandaya qoşulsa, əlbəttə, yaxşı olar”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*