L.Həmilton: “Ferrari oğrudur”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Ferrari sıralanma turunda rəqiblərinin vaxtını oğurlayıb.

F-1.az xatırladır ki, Lekler ilk cəhdində ən sürətli dövrəni vurduqdan sonra ikinci cəhdlərdə hava kisəsində qalmaq üçün yavaş getmişdi. Həmiıton isə monakolu sürücünün bilərək arxasındakı qrupu yavaşlatdığını deyib: “Vaxt bitdi. Maraqlıdır. İlk cəhdinizdə poul qazanın və daha sonra hamını əngəlləyərək, vaxt keçirin. Pitdən çıxış dövrəsi hamı üçün təhlükəli idi və buna görə də yavaş gedirdik. Ətrafımızda kimlərin olduğunu bilmirdik. Riskli olsa da, əyləndik. Düzlüklərdə Ferrari-yə qarşı vaxt itiririk və buna görə də hava kisəsinə ehtiycımız var idi. Məncə, digərlərinin də ehtiyacları var idi. Lakin ilk cərgədəyik və sevincliyəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*