N.Todt: “Lekler mənim ən böyük uğurumdur”

Şarl Leklerin meneceri və Jan Todtun oğlu Nikolya Todt bildirib ki, Şarl Lekler onun ən böyük uğurudur.

F-1.az xatırladır ki, monakolu sürücü Formula1-dəki ikinci, Ferrari-dəki ilk mövsümündə 7 poul və ikisi qələbə olmaqla 10 podium qazanıb.

Nikolya Todt: “Hələ 14 yaşı olanda Şarlla işləməyə başladım. Həmin vaxt pulları qalmamışdı və karyerası bitəcəkdi. Ancaq ona kömək etdim və bir neçə ildən sonra onu Ferrari ilə tanış elədim. İndi də orada yarışır. Biz işimizi əla gördük. Onunla fəxr edirəm. Ferrari-də əla nəticələr əldə edir. Gələcəyin ulduzlarını tapmağı və xəyallarını reallaşdırmağı sevirəm. Gənc yarışlara cibindən pul buraxan yeganə menecer mənəm. Bu da mənim fərqimdir. Pulunuzu riskə atmayanda məsləhət vermək asandır. Məsələn, bu evi al deyə bilərsiniz. Bəs evin pulunu ödəyəndə kömək edəcəksiniz? Mən də sürücüyə inandığım pul buraxıram.

Təbii ki, sponsorlar da tapmağa çalışıram. Ancaq tapmasam, cibimdən qoyuram. Jyul Byankiyə də kömək etmişdim. Xüsusi sürücülərə kömək edirəm. Qərarımın doğruluğuna əmin olmalıyam. Həmişə doğru qərar vermək çətindir. Məsələn, Red Bull. Uzun illər ərzində sürücü akademiyalarından 15 sürücü keçsə də, indi ikisi ya da üçü Formula1-də yarışır. Mən 15 sürücüyə birdən pul buraxa bilmərəm, çünki büdcəm yoxdur. Bir ya da iki sürücüm olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*