22 Avqust 2019, Cümə axşamı - 02:48

S.Nilsen Formula1-in idman direktoru təyin olunub

S.Nilsen Formula1-in idman direktoru təyin olunub

Müəllif: Elçin Zodorov, redaktor

11:18 - 20 İyul, 2017

Biz Williams-ın idman direktoru Stiv Nilsenin Ross Braunun komandasına qoşulacağını və çempionatda qaydaların tərtibinə cavabdeh olacağını bildirmişdik. Lakin Nilsen bu gün Formula1-in idman direktoru təyin olunub.

F-1.az xəbər verir ki, britaniyalı mütəxəssis avtoidman şöbəsində işləyəcək və bilavasitə Ross Brauna tabe olacaq. Nilsen Williams komandasına gəlməmişdən əvvəl Lotus, Tyrrell, Benetton, Renault, Honda, Arrows, Caterham komandalarında işləyib. O, yeni vəzifəsində avqustun 1-dən işə başlayacaq.

Ross Braun: “Mən uzun illərdir ki, Stivin bacarıq və qabiliyyətlərindən xəbərdar idim. Onun təyinatı bizim FİA və komandalarla qarşılıqlı əlaqələrimizə təsir edəcək işçi qrupu möhkəmlədəcək – bu qrup F1-in gələcək inkişafındakı növbəti mərhələdə texniki və idman reqlamentini müəyyən edəcək. Stivin əsas məsuliyyəti idman və təşkilati məsələlərlə bağlıdır. Stiv həm də İdman İşçi Qrupunun bütün iclaslarında iştirak edəcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 906
Teqlər , , ,
Paylaş

logo