Komanda rəhbərləri də qızları istəyirlər

Formula1-in yeni sahibləri start sahəsində qızları idmandan uzaqlaşdırmaq istəyirlər. Sürücülərdən sonra komanda rəhbərləri də buna etiraz ediblər.

F-1.az xəbər vermişdi ki, Hülkenberq və Ferstappen qızların qalmağını istəmişdilər. Formula1-in idman direktoru Ross Braun isə bu mövzunu müzakirə edəcəklərini demişdi.

Ferrari-nin prezidenti Sercio Markionne bildirib ki, bu ənənədir və buna əl vurmaq olmaz. Scuderia Ferrari-nin rəhbəri Mauritsio Arrivabene də bu fikirlə razıdır: “Düzülüşdəki qızlar illərdir bu idmanın bir hissəsidir və burada qalmalıdırlar. Məncə, Ross Braun daha vacib işlərlə məşğul olmalıdır”.

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko da Ross Braunu tənqid edib: “Amerikada amiqo qızlar oyunlardan əvvəl, fasilələrdə və sonda çıxıb şou göstərirlər. Bəs niyə Formula1-də olmasınlar? Məncə, başqa problemlər barədə danışmaq lazımdır”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*