L.Stroll: “Yaxşı komanda oyunçusu vacibdir”

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, əsl komanda oyunçusu olan Felipe Massa ilə daha bir il komanda yoldaşı olmaq istəyir.

F-1.az xatırladır ki, braziliyalı sürücünün Williams-la olan müqaviləsi ilin sonunda bitir. Britaniyalılar 36 yaşlı sürücüdən başqa Robert Kubitsa, Pol di Resta və Colion Palmerlə maraqlanırlar.

Ləns Stroll: “Məncə, ən yaxşı şey komanda oyunçusuna sahib olmaqdır. Xalları komandası üçün qazandığına inanmalıdır. Hər iki bolidin də yaxşı nəticə qazanması üçün komanda yoldaşına hər cür köməyi etməlidir. Ümid edirəm ki, Felipe yarışmağa davam edər. Onunla təkər-təkərə mübarizə aparsaq da, bir-birimizə hörmət etmişik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*