L.Norris: Növbəti addımı atmalıyıq

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, sonrakı addımı atmaq istəyirlər.

F-1.az xatırladır ki, McLaren komandası Bakıya demək olar ki, yeni bir paket gətirmiş və bu paket hesabına “narıncılar” ən sürətli beşeinci komanda kimi görünmüşdü. Lando Norris doqquzuncu yeri tutaraq, komandasına vacib xallar qazandırıb. İndi McLAren üçün növbəti hədəf podium uğrunda mübarizəyə qoşulmaqdır.

Lando Norris: “Amerikaya qayıtdığım üçün xoşbəxtəm. Amerikadakı yarışlar həmişə maraqlı olur. Azarkeşləri komandamızın rəngləri ilə görməyi səbirsizliklə gözləyirəm.

Yeniliklərimiz yaxşı işlədi. Bolid Bakıda yaxşı görünürdü. Orada mümkün olan ən yaxşı nəticəni qazandıq. İndi növbəti addımı atmalıyıq.

Yarışdan-yarışa inkişaf etmək və cütlü yarışları yaxşı nəticələrlə bitirmək istəyirik”.

Xatırladaq ki, britaniyalı sürücü ilk iki yarışda xal üzünə həsrət qalsa da, Avstraliya və Azərbaycanda onluğa düşərək, turnir cədvəlindəki vəziyyətini bir az düzəldib. Bəs Lando uğurlu seriyasını Mayamidə davam etdirə biləcək?

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*