Simone Berra: “Trasda şərait gözləniləndən daha yaxşı olub. Birinci sərbəst yürüşün əvvəlində asfaltla ilişmə səviyyəsi kifayət qədər aşağı olsa da, dəstək yarışlarının sessiyaları sayəsində gün ərzində trasın vəziyyəti sürətlə yaxşılaşıb. Nəticədə trasın vəziyyəti ötən illə müqayisədə daha yaxşı olub və bunu dövrə vaxtları da təsdiqləyib.
Bundan başqa, dəniz səviyyəsindən böyük hündürlüyə görə yeni nəsil maşınlarda aerodinamik asfaltayatma qüvvəsi qüvvəsinin itkisinin təsiri daha az nəzərə çarpıb və bu da builki dövrə vaxtlarının ötən mövsümün nəticələrinə niyə bu qədər yaxın olduğunu izah edib.
Birinci sessiyada komandaların əksəriyyəti trasla tanış olmaq və örtüyü təmizləmək üçün Hard tərkibindən istifadə edib. Həftəsonunun qalan hissəsi üçün iki C3 təkər dəstinin artıq sayıla biləcəyini nəzərə alsaq, bu seçim gənc sürücülər üçün də təbii olub. Medium və Soft tərkibləri özünü çox yaxşı göstərib, onların arasındakı fərq təxminən səkkiz onda bir saniyə olub. Təbiəti etibarilə aşağı ilişmə təmin edən trasda C5 təkərləri xüsusilə səmərəli olub.
Uzun seriyalar zamanı toplanmış məlumatlar daha yumşaq tərkiblərdə ciddi aşınmaya işarə edib. Bu, yarış üçün bir neçə mümkün ssenari açıb – təkərlərin vəziyyətinə diqqətlə nəzarət etməklə bir pit-stopdan tutmuş, iki pit-stopa qədər. Ön sol təkərdə qranullaşma yaranıb, amma gün ərzində onun intensivliyi azalıb. Biz gözləyirik ki, trasın vəziyyəti bundan sonra da sürətlə yaxşılaşacaq”.





