11 Dekabr 2018, Çərşənbə axşamı - 17:52

Çin-2016: Birinci sərbəst yürüşlər

Çin-2016: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:57 - 15 Aprel, 2016

Sərbəst yürüşlərin birinci sessiyası maraqlı hadisələrlə zəngin olub. Amma hər şey adi və sakit başlayıb – Mercedes AMG sürücüləri sürətli dövrəyə imza atdıqdan sonra boksa qayıdarkən Lyuis Həmilton 11-ci döngədə maşını nəzarətdən buraxıb: yerində dövrə vurub fırlanan Lyuis boksa özü qayıdıb.

F-1.az xəbər verir ki, sessiyanın 18-ci dəqiqəsində Massanın Williams-ında arxa sol təkər dağılıb. Braziliyalı sürücü baryerlərə çırpılmadan qurtulsa da, tras qırıntılarla dolub. Ona görə də Virtual Təhlükəsizlik Maşını (VSC) rejimi elan olub. Amma bir neçə marşalın trasda şütüyən maşınların arasından trasa çıxaraq qırıntı toplaması stüardları qorxudub və bir neçə dəqiqədən sonra qırmızı bayraqlar dalğalanb.

Restart elan olunan kimi bütün sürücülər trasa tələsiblər – yalnız Esteban Qutyerres elektrik problemləri üzündən boksu tərk edə bilməyib. Amma bir müddət keçdikdən sonra hadisələr sanki təkrarlanıb – əvvəlcə 11-ci döngədə Həmilton yerində fırlanıb, daha sonra isə Massanın maşınında arxa sol təkər partlayıb.

Bu dəfə Felipe daha səliqəli davranıb və yavaş-yavaş boksa qayıdıb. Amma bir neçə saniyədən sonra Maqnussenin də maşınında arxa sol təkər partlayıb. Danimarkalı sürücünün Renault-su ciddi zədələnib – asılqan dağılıb, tras maşının və təkərin qırıntıları ilə dolub. Sessiya yenə də qırmızı bayraqlarla dayandırılıb. Amma bu dəfə stüardlar trası qırıntılardan ciddi təmizləmək qərarı qəbul ediblər.

Bu zaman Pirelli bəyanat yayıb ki, Massanın maşınında eyni təkərin iki dəfə partlaması hansısa texniki problemin nəticəsidir və təkərlə əlaqəli deyil. Williams komandası da bu faktı təsdiqləyib – Pət Simondsun bildirdiyinə görə, problem təkər qaykasından qaynaqlanıb.

Sessiyanın sonuna 5 dəqiqə qalmış restart elan olunub. Sürücülərin çoxu trasa çıxaraq sürətli nəticələr göstərə biliblər. Protokollara isə komanda yoldaşını 0.1 saniyə üstələyən Rosberq başçılıq edib. Nahardan sonra sessiya davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
16Niko RosberqMercedes AMG1:38.03716
244Lyuis HəmiltonMercedes AMG1:38.183+ 0:00.14616
35Sebastyan FettelFerrari1:38.665+ 0:00.62812
43Daniel RikkardoRed Bull1:39.061+ 0:01.02413
57Kimi RəykkönenFerrari1:39.155+ 0:01.11811
626Daniil KvyatRed Bull1:39.625+ 0:01.58814
755Karlos SaynsToro Rosso1:39.676+ 0:01.63912
822Censon BattonMcLaren1:39.974+ 0:01.93711
927Niko HülkenberqForce İndia1:40.169+ 0:02.13213
1033Maks FerstappenToro Rosso1:40.232+ 0:02.19513
1111Serxio PeresForce İndia1:40.347+ 0:02.31015
1214Fernando AlonsoMcLaren1:40.538+ 0:02.50111
1377Valtteri BottasWilliams1:40.828+ 0:02.79110
148Roman QrojanHaas1:41.358+ 0:03.3219
159Markus ErikssonSauber1:41.393+ 0:03.35618
1688Rio HaryantoManor1:41.614+ 0:03.57720
1730Colion PalmerRenault1:41.816+ 0:03.77916
1894Paskal VerlyaynManor1:42.908+ 0:04.87114
1912Felipe NasrSauber1:42.980+ 0:04.9438
2020Kevin MaqnussenRenault6
2121Esteban QutyerresHaas2
2219Felipe MassaWilliams4

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 421
Teqlər , , , ,
Paylaş

logo