14 Noyabr 2018, Çərşənbə - 15:29

Azərbaycan-2018: Üçüncü sərbəst yürüşlər

Azərbaycan-2018: Üçüncü sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

15:13 - 28 Aprel, 2018

Cümə günü sürücülərin çoxu asfaltla ilişmənin az olmasından və təkərləri işçi rejimə çatdırmağın çətinliklərindən şikayət edirdi. Komandalar sazlanmalarda düzəlişlər ediblər. Sessiyanın əvvəlində yağış damcılayıb, sürücülər trasa çıxmağa tələsməyiblər. Lakin tezliklə yağıntı dayanıb.

F-1.az bildirir ki, asfaltla ilişmə dünənlə müqayisədə daha yaxşı olsa da, bir neçə dəfə sürücülər idarəetməni itirərək trasdan çıxdıqları üçün sarı bayraqlar dalğalandırılıb. Sessiya boyunca UltraSoft təkərlərə üstünlük verilib. Sona 8 dəqiqə qalmış Sirotkin üçüncü döngədə qəza edib. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Rus sürücünün maşını təxliyə edilərək boksa gətirilib – Williams mexaniklərini sıralanma turuna qədər gərgin iş gözləyir.

Fasilə 5 dəqiqə davam edib və sürücülər yenidən boksları tərk ediblər. Onların sadəcə bir sürətli dövrə vurmağa vaxtları çatıb. Protokollara bu dəfə Sebastyan Fettel başçılıq edib – 1:43.091. Geridə qalan üç sessiyada qüvvələr nisbətini bilmək demək olar ki, mümkün olmayıb. Odur ki, bizi 17:00-da möhtəşəm və gərgin sıralanma turu gözləyir!

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:43.09117
244Lyuis HəmiltonMercedes AMG1:43.452+ 0:00.36116
37Kimi RəykkönenFerrari1:43.493+ 0:00.40217
433Maks FerstappenRed Bull1:43.519+ 0:00.42817
577Valtteri BottasMercedes AMG1:43.569+ 0:00.47820
611Serxio PeresForce İndia1:43.936+ 0:00.8459
720Kevin MaqnussenHaas1:43.958+ 0:00.86711
818Ləns StrollWilliams1:44.123+ 0:01.0328
931Esteban OkonForce İndia1:44.220+ 0:01.12911
1035Sergey SirotkinWilliams1:44.534+ 0:01.4439
1114Fernando AlonsoMcLaren1:44.763+ 0:01.67212
123Daniel RikkardoRed Bull1:44.861+ 0:01.77017
1310Pyer QasliToro Rosso1:44.905+ 0:01.81416
1416Şarl LeklerSauber1:45.218+ 0:02.12715
158Roman QrojanHaas1:45.261+ 0:02.17012
1655Karlos SaynsRenault1:45.432+ 0:02.34115
1727Niko HülkenberqRenault1:45.456+ 0:02.36511
182Stoffel VandornMcLaren1:45.505+ 0:02.41413
199Markus ErikssonSauber1:45.910+ 0:02.81917
2028Brendon HartliToro Rosso1:46.186+ 0:03.09511

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 288
Teqlər , , , ,
Paylaş

logo