Rəsmən: Emiliya Romanya QP ləğv edilib

Formula1 bu həftəsonu İtaliyanın İmola trasında baş tutması planlaşdırılan Emiliya Romanya Qran Prisini keçirməmək qərarına gəlib.

F-1.az bildirir ki, qərar bölgədəki daşqınlar səbəbindən azarkeşlərin, komanda üzvlərinin və trasın işçilərinin təhlükəsizliyini təmin etməyin mümkün olmaması ilə əlaqədardır.

Çempionatın rəhbərliyinin rəsmi bəyanatında deyilir: “Formula1 icması Emiliya Romanya bölgəsinin zərər çəkmiş sakinlərinə dəstəyini ifadə edir. Oradakı problemləri aradan qaldırmaq üçün çalışan insanların əməyini yüksək qiymətləndiririk”.

Formula1 nümayəndələri, FİA prezidenti və səlahiyyətli orqanlar, o cümlədən müvafiq nazirlər, İtaliya Avtomobil Klubunun prezidenti, Emiliya Romanya bölgəsinin rəhbəri, şəhər meri və promouterlərin iştirak etdiyi müzakirələrdən sonra, İmolada yarış həftəsonunun keçirilməməsinə qərar verilib.

Azarkeşlər, komandalar və heyətimiz üçün mərhələni təhlükəsiz təşkil etmək mümkün olmadığı üçün bu qərar qəbul edilib. Region şəhərlərinin üzləşdiyi vəziyyəti nəzərə alsaq, bu, düzgün və məsuliyyətli qərardır. Bu çətin zamanda yerli hakimiyyət orqanlarının və xilasetmə xidmətlərinin üzərinə əlavə yük qoymaq düzgün olmazdı”.

Muhammed bin Sulayem: “Fikirlərim bütün FİA ailəsi və Emiliya Romanya bölgəsindəki dəhşətli vəziyyətdən təsirlənənlərlədir. Bütün cəlb olunanların təhlükəsizliyi və bərpa səyləri bu anda əsas prioritetdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*