B.Ekklstoun Liberty Media-ya “ilişib”

O, Liberty Media-nın 3 il ərzində idman üçün yararlı bir iş görmədiyini, dəyişdikləri yeganə şeyin loqotip olduğunu düşünür.

F-1.az bildirir ki, Formula1-in 89 yaşlı sabiq rəhbəri onların 25 yarışlıq təqvim və mükafatların bölüşdürülməsinin yeni sistemini hazırlamaq kimi planlarını da xatırladıb.

Berni Ekklstoun: “Liberty Media gəldikdən dərhal sonra hər şeyi dəyişəcəyinə söz vermişdi. Daha çox yarış keçirmək və daha çox xərcləmək fikirləri var idi. Lakin 3 il ərzində dəyişilən yeganə şey F1-in loqotipi oldu. İndi nələr hazırladıqları çox maraqlıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*