16 Noyabr 2019, Şənbə - 03:25

Rusiyalı milyarder özünün Formula1 komandasını qura bilər

Rusiyalı milyarder özünün Formula1 komandasını qura bilər

Müəllif: Mir Cəlal Mir Cəlallı, müəllif

15:05 - 04 May, 2016

F-1.az xəbər verir ki, rusyalı milyarder Boris Rotenberg şəxsi Formula1 komandasını qurmaq istədiyini bildirib.

Formula1-də vaxtı ilə çıxış etmiş rusiyalı pilot Vitaliy Petrov bu ilin fevral ayında Dünya Dözümlülük Çempionatının (WEC) LMP2 kategoriyalı SMP Racing komandası ilə razılaşmış və “hələ verilmiş bir qərar yoxdur? ancaq bir gün bəlkə də Formula1-də yarışa bilərik” demişdi.

SMP Racing komandasının sahibi Boris Rotenbergdir. Rotenberg çərşənbə günü verdiyi açıqlamada bildirib: “Təbii ki, özümüzün Formula1 komandamızı görmək istəyirik. Hazırda lazım olan hər şeyi edirik, amma hər şey bizdən asılı deyil. Formula1-ə yavaş-yavaş, addım-addım hazırlaşırıq”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 433
Teqlər , , ,
Paylaş

logo