K.Maqnussen Abitebulun sözlərinə təəccüblənib

Kevin Maqnussen keçən həftə onu tənqid edən Siril Abitebulun sözlərinə təəccüblənib

F-1.az xatırladır ki, Maqnussen Renault-dan ayrılaraq Haas komandasına keçib.

Renault Motorsport-un rəhbəri Abitebul danimarkalının performansını və şəxsiyyətini tənqid etmiş və intizamsız olduğunu demişdi.

Kevin Maqnussen: “Sirilin barəmdə dediklərinə cavab vermək istəmirəm. Hazırkı vəziyyətdə bunlara cavab vermək ikimizə də xeyir gətirməz. Çox təəccübləndim və məyus oldum. Ondan belə sözlər gözləmirdim. McLaren-dən ayrılanda da bu cür halla rastlaşmışdım. O vaxtı Ron bu cür açıqlamalar vermişdi. Heyif ki, bu barədə heç nə deyə bilmərəm.

Renault-da həmişə əlimdən gələni etdim. Komanda olaraq zəif nəticələr alsaq da, bunun yeganə səbəbi mən olmamışam. Oradan pis ayrılmamışam. Hələ də bəzi işçilərlə əlaqə saxlayıram. Heç kimdən inciməmişəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*