M.Ferstappen: “Psixoloqa ehtiyacım yoxdur”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, psixoloqa ehtiyacı yoxdur.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Avstraliyada yerində fırlanmış, Bəhreyndə Həmiltonla mübarizədə rəqibinə təmas etmiş və Çində Fettelə çırpılmışdı.

Maks Ferstappen: “Ən yaxşı yarışım deyildi, amma bu barədə düşünmürəm. Artıq geridə qaldı. Səhvlərimdən dərs çıxardım və yeni yarışları səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, daha yaxşı performans göstərərəm. Yenə deyirəm. Aqressiyamı azaltmayacam. Amma özümü daha yaxşı aparmalıyam. Psixoloqa ehtiyacım yoxdur. Atamla və Helmutla işləyirəm. Onlar işi bilən adamdırlar. Hər şey qaydasındadır. Rahat yata bilirəm. Təbii ki, səhvimi bilirəm. Fərqli davranmalı idim. Amma hadisələri əvvəldən bilsəniz, onda bütün dünyanı dəyişərdiniz. Artıq Bakı barədə düşünürəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*