Günter Ştayner Maks üçün variantlardan danışıb

Haas komandasının лeçmiş rəhbəri Günter Ştayner Up to Speed podkastında hələlik Red Bull-da qalacağını təsdiqləməyən Maks Ferstappenın karyerasını hansı istiqamətdə davam etdirə biləcəyindən danışıb…

Günter Ştayner: “Problem ondadır ki, həddindən artıq çox məchul var. Əgər Macarıstana qədər onun McLaren-ə mümkün keçidi yan addım kimi görünə bilərdisə, McLaren-in Macarıstandakı qələbəsindən sonra hər şey artıq bir qədər fərqli görünür.

Vəziyyət daim dəyişir, amma əgər Maks harasa gedirsə, aydındır ki, o, Red Bull-dan daha yaxşı yerə keçmək istəyir, Red Bull-dan güclü komandaların sayı isə elə də çox deyil.

Bəli, hazırda Red Bull hələlik olmaq istədiyi mövqelərdə deyil, bir neçə il əvvəl olduğu kimi ön sıralarda yer almır, amma bu, yenə də ən yaxşı dörd komandadan biridir.

Məncə, Ferrari-də yerlər artıq tutulub. Fikrimcə, Mercedes-də artıq Maksın növbəti Ferstappenini tapıblar, buna görə də ola bilsin, hazırda əsl Maks Ferstappen onlara lazım deyil. Red Bull ilə müqavilənin uzadılması variantı mənə ən məntiqli seçim kimi görünür”.

,