G.Berger: Ferstappen çempion ola bilər

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, Maks Ferstappen çempion olmaq üçün hər şeyə sahibdir.

F-1.az xatırladır ki, mövsümün ilk iki yarışından sonra Ferstappenlə Həmilton arasında gərgin mübarizə yaşanıb. Hazırda Həmiltonun 44, hollandiyalı sürücünün isə 43 xalı var.

Gerhard Berger: “Maks artıq yetkinləşib və çempionluğa hazırdır. Artıq çempionluq üçün lazımi təcrübəyə və maşına sahibdir. Honda motoru da artıq Mercedes-dən geri qalmır. Ədrian Nyui də qəşəng maşın düzəldib. Hazırda Lyuis çempionatda öndə olsa da, Maks ona çata və yaxşı nəticələr qazana bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*