K.Horner: “Ferstappenin səhvinin səbəbi tələskənlik deyil”

Red Bull komandası Maks Ferstappenin pis keçən həftəsonuna görə əhvalını pozmur.

F-1.az xatırladır ki, Maks Ferstappen İspaniyadakı qələbəsindən sonra Monako QP-nin həm sıralanma turunda, həm də yarışda bolidini divara çırpmışdı.

Kristian Horner hesab edir ki, 18 yaşlı sürücünün təcrübəsizliyini ortaya çıxaran bu hadisələr ona öyrənmək üçün kömək edəcək: “Yarışın ilk yarısında çox güclü idi. Mükəmməl ötmələr etdi və ilk onluğa düşmək üçün yaxşı işlər gördü.

Rosberqin çox uzaqda olmadığını görəndə, tempi artırdı və şərtlər onun qəza etməsinə səbəb oldu. Yarışda səhv edən tək sürücü o deyildi.

Onun gələcəyi hələ də çox parlaqdır və sadəcə öyrənməyə davam edəcək. Gələn il o eyni səhvləri təkrarlamayacaq”.

Horner Ferstappendə yeni mühərrik olmadığı üçün yüksək tempdə getdiyi və qəza etdiyi ilə bağlı iddiaları təkzib edib: “Məncə, bunun heç bir əlaqəsi yoxdur”.

Horner bundan başqa bildirib ki, hadisələr Ferstappenə təsir edir, amma onun səhvlərdən dərs çıxaracağına və inkişaf edəcəyinə inandığını bildirib: “Şənbə günü məyus idi. Komandadan üzr istədi. O çox ağıllı və gələcəyi parlaq bir adamdır. Bu həftəsonu baş verənləri unudub, növbəti yarışlara fokuslanacaq və onlardan dərs çıxaracaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*