L.Həmilton Leklerdən razıdır

Mercedes komandasının sürücüsü Lyuis Həmilton rəqibi Şarl Leklerə hörmət etdiyini deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü İtaliya yarışında rəqibi Leklerə hücum edərkən, monakolu sürücünün sərt müdafiəsi üzləşib və tras xaricinə çıxmalı olub. Yarış vaxtı Həmilton monakolu sürücünün təhlükəli sürdüyünü desə də, yarışdan sonra sözlərini təkzib edib.

Lyuis Həmilton: “Aramızda problem yoxdur və biz hazırda mübarizə aparmırıq. Boliddən düşdükdən sonra onu təbrik etdim. Şarl rəqiblərinə həmişə hörmət edir. Onunla ilk dəfə təkər-təkərə mübarizə aparırdıq. Yeni sürücüylə mübarizə apardığınızda onun necə davrandığını öyrənirsiniz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*