L.Həmilton özünü direktorun otağındakı kimi hiss edib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, qəzadan sonra özünü direktorun otağındakı kimi hiss edib.

F-1.az xatırladır ki, britaniyalı sürücü ikinci sərbəst yürüşlərdə 9-cu döngədə bolidin idarəetməsini itirərək, divara çırpılıb. Komanda asılqanları dəyişməli olub və beşqat Dünya Çempionu trasa qayıda bilməyib.

Lyuis Həmilton: “Uşaqlar bolidi təmir etmək üçün hər şey etdilər, amma bəs eləmədi. Sonuncu dəfə nə vaxt belə səhv etdiyimi xatırlamıram. Sessiyaya boksdan baxmaq yaxşı hal deyil. Elə bil direktorun otağındasınız və sinifə qayıtmağı gözləyirsiniz.

Medium təkərlərlə yarış tempində gedirdim və limitləri tapmağa çalışırdım. Doqquzuncu döngədən çıxarkən sürüşməyə başladım və divara çırpılmamağa ümid edirdim. Lakin belə hallar olur. Yaşananları unudub yolumuza davam etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*