Bridgestone Türkiyədə: Hard və Soft

Türkiyə Qran Prisi günlərində Bridgestone şirkəti komandalara quru asfalt üçün “bərk” təkər cütlüyünü təqdim edəcək. Avstraliyada, Malayziyada, Çin və İspaniyada […]

Türkiyə Qran Prisi günlərində Bridgestone şirkəti komandalara quru asfalt üçün “bərk” təkər cütlüyünü təqdim edəcək. Avstraliyada, Malayziyada, Çin və İspaniyada olduğu kimi sürücülər Hard və Soft tərkiblərini alacaqlar.

İstanbul trasının səkkizinci döngəsi bir neçə apeksdən ibarətdir – sağ qabaq təkər bu döngədə hədsiz yüklənir, Bridgestone-un mühəndisləri hesab edirlər ki, bu döngə təqvimdə ən çətin döngədir. Həm də qarşıdakı uik-end sürücülər saat əqrəbinin hərəkətinin əksi istiqamətində yarışacaqlar…

Hirohide Hamaşima: “Əvvəlki illərdə bu trasda müəyyən problemlər peyda olurdu, ona görə də Qran Priyə hazırlıq zamanı biz bütün aspektlərə diqqət ayırmışıq. Bu il hələlik “bərk” təkər cütlüyü ilə çətinliyimiz olmayıb – yanacaq miqdarının və sürətlərin artmasına baxmayaraq, ilk yarışlarda təkərlərin yeyilməsi gözlədiyimiz kimi çox deyil.

İstanbul trasının səkkizinci döngəsi təqvimin ən mürəkkəb döngəsidir, amma sürücülər üçün yalnız bu sahə maraqlı deyil. Sol-sağ-sol 12-14-cü döngələr ardıcıllığı trasda ən yavaş sahədir, amma bu sahədən əvvəl sürətli düz yol gəlir – burada təkərlərin dənlə örtülməsi mümkündür. Komandalar bu faktoru minimuma endirməlidirlər, xüsusən də uik-endin əvvəlində – tras çirkli olarkən və hələ işlənməmiş rezinlə örtülməmiş.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*