F.Alonso: “Fettel həmişə şikayət edir”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Fettel onu dövrəvi sürücü kimi keçərkən yaşananları ciddiyə almır.

F-1.az xatırladır ki, Sebastyan Fettel rəqibi Daniel Rikkardo ilə podium uğrunda mübarizə apararkən, Alonso Red Bull sürücüsünü önə buraxmış, amma almaniyalı sürücünü ləngitmişdi.

Lakin Alonso yarışdan sonra Fetteli yamsılayıb: “Mavi bayraq, mavi bayraq. Bilmirəm. Televizorda görmədim. Onun daha əvvəl “mavi bayraq” dediyini çox eşitmişik. Böyük ehtimalla, onlardan biri idi. Ciddiyə almıram.

Yaponiyada daha çox mühərrik gücünə ehtiyacımız olacaq. Amma Honda-nın evində gözəl nəticə almaq möhtəşəm olardı”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*