Williams Melburnda KERS-dən istifadə edəcək

Mövsümöncəsi testlərdə Williams komandası KERS-in problemləri ilə üzləşmişdi. KERS-in akkumulyatorları tez qızırdı, ona görə də sonuncu testlərdə sistemdən istifadə olunmaması […]

Mövsümöncəsi testlərdə Williams komandası KERS-in problemləri ilə üzləşmişdi. KERS-in akkumulyatorları tez qızırdı, ona görə də sonuncu testlərdə sistemdən istifadə olunmaması qərara alınmışdı.

KERS bazaya göndərilmiş və onun ciddi təhlili aparılmışdı. Britaniyalıların mövsümün ilk yarışlarında sistemdən istifadə edilməsi sual altına qoyulmuşdu.

Amma bu gün məlum olub ki, komanda nasazlığın səbəbini müəyyən edə bilib. Səm Maykl komandanın Twitter-də rəsmi mikrobloqunda yazıb ki, “biz Melburnda KERS-dən istifadə edəcəyik…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*