Almaniya-2019: Yarışa hava proqnozu

Sürücülər cümə və şənbə günlərində quru və isti havada işləyiblər, lakin yarış vaxtı yağıntı ehtimalı olduqca yüksəkdir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, sürücülər qızdırma dövrəsinə yerli vaxtla saat 15:10-da yollanmalıdırlar, həmin vaxt havanın temperaturu +23 dərəcəyə çatacaq, qərb küləyi əsəcək. Gecə və səhər yağıntı gözlənilir, yarış vaxtı isə ehtimal 70%-dir.

Qeyd edək ki, biz hələ bu mövsümdə yağış altında baş tutan yarış izləməmişik…

, ,