21 May 2019, Çərşənbə axşamı - 03:31

Avstraliya-2019: Həftəsonuna ilkin hava proqnozu

Avstraliya-2019: Həftəsonuna ilkin hava proqnozu

Müəllif: Elçin Zodorov, redaktor

08:24 - 11 Mart, 2019

Mövsümün ilk yarışı üçün yerli meteoroloqlar isti və quru hava vəd edirlər.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü Melburnda hava günəşli olacaq, temperatur +22 dərəcəyə çatacaq. Şənbə günü də hava buludsuz olacaq və sürücülər daha isti havada poul uğrunda mübarizə aparacaqlar – temperaturun +26 dərəcəyə qədər yüksəlməsi gözlənilir.

Yarışın baş tutacağı bazar günü isə həftəsonunun ən isti günü olacaq. Termometrlər +30 dərəcəni göstərəcəklər. Həftəsonu boyunca yağışın yağma ehtimalı 20%-dən yüksək deyil.

Xatırladaq ki, keçən il üçüncü sərbəst yürüşlər istisna olmaqla, bütün sessiyalar quru trasda baş tutmuşdu.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 166
Teqlər , , ,
Paylaş

logo