Bəhreyn-2019: Həftəsonuna ilkin hava proqnozu

Bəhreyndə yarış süni işıqlar altında baş tutacaq. Həm sıralanma turunda, həm də yarışda temperatur nisbətən aşağı olacaq - bu sessiyaların start vaxtı yerli saatla müvafiq olaraq 18:00 və 18:10-dur.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, ilkin proqnozlar yağışsız hava vəd edir. Həftəsonunun ən isti günü bazar günü olacaq – temperatur +28 dərəcəyə qədər yüksələcək. Cümə və şənbə günlərində isə maksimal hərarətin +26 dərəcə olacağı gözlənilir.

Xatırladaq ki, keçən il Saxirdə bütün sessiyalar quru trasda baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*