25 May 2019, Şənbə - 07:15

Bəhreyn-2019: Həftəsonuna hava proqnozu

Bəhreyn-2019: Həftəsonuna hava proqnozu

Müəllif: Elçin Zodorov, redaktor

08:08 - 28 Mart, 2019

Son proqnozlar Bəhreyndə həftəsonuna isti hava vəd edir, lakin güclü külək və minimum yağıntı ehtimalı var.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü hava dəyişkən buludlu olacaq və +25 dərəcəyə qədər qızacaq. Şənbə günü küləkli hava gözlənilir, termometrlər +27 dərəcəni göstərəcəklər və yağıntı ehtimalı 10%-dir. Bazar günü isə küləy güclənəcək və hava buludlu olacaq. Temperatur +30 dərəcəyə çatacaq. Yağıntı gözlənilmir.

Xatırladaq ki, Bəhreyndə sıralanma turu və yarış süni işıqlar altında baş tutacaq. Qeyd edilən sessiyalar müvafiq olaraq, 18:00 və 18:10-da start götürəcək, günə isə 17:50-də batacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 142
Teqlər , ,
Paylaş

logo