Hispania komandası yeni maşının ilk şəkillərini göstərib

Biz artıq xəbər vermişdik ki, alman dizayner-futurist Daniel Simon Hispania Racing komandasının təklifini qəbul edib və komandanın yeni korporativ imicinin […]

Biz artıq xəbər vermişdik ki, alman dizayner-futurist Daniel Simon Hispania Racing komandasının təklifini qəbul edib və komandanın yeni korporativ imicinin hazırlanmasına başlayıb. Əlbəttə, dizaynerin həll etməli olduğu vacib məsələ HRT maşınlarını cəlbedici orijinal rənglərə boyamaq olub.

hrt-2
Bu gün komanda yeni F111-in ilk şəkillərini yayıb – mətbuat relizindən göründüyü yeni maşını texniki direktor Ceff Uillis və baş konstruktor Pol Uaytın rəhbərlik etdiyi mühəndis və konstruktorlar qrupu hazırlayır…

Kolin Kolles, komandanın başçısı: “F111 irəliyə doğru vacib addımdır. Formula1-də ikinci mövsümə hazırlaşarkən biz ciddi inkişaf etmişik və yeni maşın bizim Formula1-də hələ çox qalmaq istəyimizə sübutdur.

Daniel Simon yeni maşının inamlı obrazını yaradıb, bu obraz bizim komandanın gərgin əməyini tərənnüm edir. Maşının konstruksiyası və qrafiki dizayn bir-birini yaxşı tamamlayır.”

hrt-3
Alman dizaynerin sözlərinə görə, ona F111-in obrazını yaratmaq maraqlı olub: “Formula1 maşınının korpusu çox mürəkkəbdir və məhduddur, amma bu məni cəlb etdi. Mən bu maşının yarış təbiətini qeyd etmək istəmişəm.”

hrt-4

hrt-5

hrt-6

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*