N.Rosberq səhvini boynuna alıb

Mercedes komandasının sürücüsü Niko Rosberq İspaniya yarışında Lyuis Həmiltonla yaşadığı insidentdən əvvəl mühərriyi səhv rejimə keçirdiyini qəbul edib...

F-1.az xatırladır ki, Rosberq İspaniya yarışında ilk döngədə Həmiltonu qabaqlasa da, 3-cü döngədə çox yavaşımış və Həmilton ona daxili trayektoriyadan hücum etmişdi. Ancaq britaniyalı süni ot örtüyünün üstünə çıxaraq, bolidin idarəetməsini itirmiş və özü ilə barabər Rosberqi də trasdan kənarlaşdırmışdı. Aparılan araşdırmalardan sonra məlum olub ki, Rosberq yarışın startında motorun işləməsi üçün səhv rejim seçibmiş və bu səhvi düzəltdiyinə görə də 3-cü döngədə çox yavaşlayıbmış.

Niko Rosberq: “Səhv etmişdim və bu səhvi düzəltmək mənim vəzifəmdir. Vəziyyət bu qədər bəsitdir. Deyiləcək başqa sözüm yoxdur”.

Jurnallistlər Rosberqdən “bundan sonra start zamanı üzərinizdə daha çox təzyiq olacaq?” sualına cavab istəyiblər: “Həmişə eynidir. Gördüşünüz şey barədə düşünməlisiniz. Çox hadisə baş verir və deyəcəklərim hamısı bu qədərdir. Biz elə etməliyik ki, bütün işləri düzgün görək”.

Rosberq bildirib ki, İspaniya həftəsonu artıq geridə qalıb və artıq Monakoya köklənib. Rosberq bundan başqa Həmilton ilə aralarını düzəltmək üçün söhbət edib-etmədikləri barədə danışmaqdan qaçıb: “Danışdıq ya da danışmadıq. Bu bizim aramızda qalmalıdır. Ancaq bu hadisə ikimiz üçün də keçmişdə qaldı. Münasibətimiz əvvəlki kimidir. Monakoda trasa çıxarkən Barselonadakı hadisələri düşünməyəcəm. Qələbə qazanmaq üçün əlimdən gələn hər şeyi edirəm və buraya da bunun üçün gəldim.

Bu barədə sizə mümkün qədər çox məlumat verməyə çalışıram, çünki siz bizim azarkeşlər üçün yazırsınız. Amma biz eyni zamanda çalışırıq ki, komanda daxilindəki əhval ruhiyyəni və ruhu qoruyaq və qələbələr qazanaq.

Buna görə də bir balans var və bəzi şeylə barədə danışmamaq daha yaxşıdır”.

Jurnalistlər Rosberqdən “Həmilton ilə danışıb-danışmadığınızı komanda gizli tutmağınızı istəyir?” sualına belə cavab verib: “Əlbəttə, komanda olaraq hər şeyi və bütün hadisələri danışdıq, amma bu barədə danışmamaq barədə hər hansı bir söhbət olmadı. Sadəcə bu barədə danışmaq istəmirəm. Bu qədər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*