Ferrari SF21-i Barselonada təqdim edəcək

Ferrari gələn ilin bolidi SF21-i Barselonadakı qış testlərindən əvvəl təqdim etməyi planlaşdırır.

F-1.az xatırladır ki, “qırmızılar” bu il çox pis mövsüm keçirib və növbəti mövsüm sürücü heyətini dəyişərək, Şarl Lekler və Karlos Sayns cütü ilə yarışacaqlar.

Mattia Binotto: “Gələnilki bolidin adına çoxdan qərar vermişik. Adı SF21 olacaq. Çox bəsit addır, çünki gələn mövsüm 2022-ci ilə keçid olacaq. Buna görə də SF21 adlanacaq. O bolid 2020-ci il bolidinin davamçısıdır.

Gələnilki bolidin təqdimatı üçün fərqli təqdimat təşkil edəcəyik. Əvvəlcə sürücülərimizi, tərəfdaşlarımızı təqdim edəcəyimiz təqdimat olacaq. Daha sonra isə qış testlərindən əvvəl bolidin özü təqdim olunacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*