09 Dekabr 2019, Bazar ertəsi - 15:06

K.Klin: “Rəykkönen çempion ola bilər”

K.Klin: “Rəykkönen çempion ola bilər”

Müəllif: Rauf Hacıyev, redaktor

07:19 - 25 Mart, 2017

Sabiq Formula1 sürücüsü Kristian Klin bildirib ki, reqlament dəyişikliyindən sonra Kimi Rəykkönen uğurlu nəticələr qazana bilər.

F-1.az xatırladır ki, Kimi Rəykkönen son 3 mövsümdə komanda yoldaşlarının gerisində qalıb. Amma bu il təkərlərin 25 faiz enlənməsi ilə bolidlərin asfaltayatma qüvvəsi artıb. Buna görə də bolidlər keçənilkinə nisbətən 4-5 saniyə sürətlidirlər.

Kristian Klin: “Məncə, Kimi yeni bolidlərə yaxşı uyğunlaşacaq. Aqressiv bolidlər onun sürüş tərzi üçün daha yaxşıdır. Keçən il güclü olmayan bolidi ilə yaxşı işlər görmüşdü. Builki bolidləri rəqabətədavamlı olsa, çempionluq uğrunda mübarizə apara bilər.

Ümumilikdə Fetteldən zəif görünə bilər, amma Kimi həmişə boliddən maksimumu çıxara bilən sürücüdür. Bottas isə bu il Həmiltondan geridə qalacaq. İlk mövsümündə Lyuis kimi uğurlu olmaya bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 440
Teqlər , ,
Paylaş

logo