19 Oktyabr 2019, Şənbə - 13:46

L.Həmilton Mucello testlərinə gələ bilər

L.Həmilton Mucello testlərinə gələ bilər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:07 - 30 Aprel, 2012

Mayın 1-3-də Mucelloda keçiriləcək testlərə McLaren komandası ehtiyat sürücüləri Qəri Paffet və Oliver Törvi ilə gəlməyi planlaşdırırdı, amma Daily Telegraph […]

Mayın 1-3-də Mucelloda keçiriləcək testlərə McLaren komandası ehtiyat sürücüləri Qəri Paffet və Oliver Törvi ilə gəlməyi planlaşdırırdı, amma Daily Telegraph qəzetinə müsahibəsində Lyuis Həmilton bildirib ki, testlərə gəlməyə hazırdır…

Lyuis Həmilton: “Şox güman ki, test proqramı dəyişəcək. Mən sükan arxasına qayıtmalıyam ki, təkərlərin effektliyinin sürətlə itməsi səbəbini araşdırım. Əgər hər hansı bir yeniliyi yoxlamaq və ya başqa bir problemi həll etmək lazımdırsa, mən yenə də sükan arxasına oturacam. Mən bunu özüm araşdırmaq istəyirəm.

Bu fasilə bizə lazım idi, görüləsi çox işimiz var. Maşını ciddi təkmilləşdirmək lazımdır – sıralanma turunda maşın çox sürətlidir, amma son yarışda biz rəqiblərimizə yarış tempində ciddi uduzurduq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 676
Teqlər
Paylaş

logo