Santander bankı McLaren-lə müqaviləsini uzadıb

Keçən həftə Monsada Santander bankı Ferrari ilə beşillik müqavilə bağlamasını elan etmişdi, tərəflər əməkdaşlığa gələn ildən başlayacaqlar. Bu gün isə […]

Keçən həftə Monsada Santander bankı Ferrari ilə beşillik müqavilə bağlamasını elan etmişdi, tərəflər əməkdaşlığa gələn ildən başlayacaqlar. Bu gün isə elan olunub ki, bankirlər əvvəlki tərəfdaşları ilə – McLaren komandası ilə də əməkdaşlıqlarını davam etdirəcəklər.

Santander şirkətlər qrupuna bir neçə Britaniya bankı da daxildir, onlar hazırda Santander brendi altında işləyirlər və Lyuis Həmilton onların marketinq proqramında həlledici fiqur idi. Əməkdaşlıq davam edəcək və gələn il Santander çempionatın iki böyük komandasına sponsorluq edəcək…

Martin Uitmarş: “Biz Avropanın, Braziliyanın, Meksikanın, Çilinin, ABŞ-ın və digər böyük ölkələrin bazarında aparıcı mövqe tutan Santander-lə əməkdaşlığımızı davam etdirməyə və genişləndirməyə şadıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*