S.Peres: “11-ci yer yaxşıdır”

Racing Point komandasının sürücüsü Serxio Peres 11-ci yerdən razıdır.

F-1.az xatırladır ki, meksikalı sürücü ev yarışına 11-ci yerdən başlayacaq və startda istədiyi təkəri seçə biləcək.

Serxio Peres: “Ev yarışıma 11-ci yerdən başlayacam və bu, yaxşı nəticədir. Bu həftəsonu tempimiz zəif idi. Startda istədiyimiz təkəri götürəcəyik və istədiyimiz strategiyanı seçə biləcəyik. Ümid edirəm ki, yaxşı xallar qazanarıq. Burada azarkeşlərim mənə dəstək olurlar. Buna görə də Rodriqes Qardaşları trası mənimçün xüsusidir. Buradakı abu-hava da gözəldir. Yarışı səbirsizliklə gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*