Azərbaycan-2017: Avtoqraf sessiyalarının cədvəli

Milli yarışımıza 8 gün qalıb. Çempionatın iştirakçıları gələn həftənin əvvəlindən etibarən paytaxtımıza təşrif buyuracaqlar. Artıq azarkeşlərin sevimli sürücüləri ilə görüşüb avtoqraf ala biləcəyi tarixlər və saatlar da məlumdur.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu gün avtoqraf sessiyalarının cədvəlini dərc edib.

F-1.az azarkeşlərin nəzərinə çatdırır ki, bu sessiyalara həm yerli, həm də xarici azarkeşlərin marağı böyük olduğundan, uzun növbələr yaranır. Buna görə də, bu sessiyalar üçün nəzərdə tutulmuş zonalarda əvvəlcədən öz yerinizi tutmaq çox vacibdir.

Hansı komandanın sürücüləri hansı gün və hansı saatda sessiyada iştirak edəcəklər? Bu barədə aşağıdakı cədvəldə öyrənə bilərsiz.

23 iyun
11:00 – 11:20 McLaren Honda
11:20 – 11:40 Haas
15:40 – 16:00 Williams

 

24 iyun
11:40 – 12:00 Red Bull
12:15 – 12:35 Ferrari
12:20 – 12:40 Mercedes AMG
12:40 – 13:00 Renault

 

25 iyun
12:40 – 13:00 Toro Rosso
13:20 – 13:50 Sauber
13:45 – 14:10 Force İndia
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*