Neftlix Bakıya gəlir

Amerikanın məşhur Netflix onlayn platformasının nümayəndələri  2022 -ci il Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində ölkəmizə səfər edəcəklər.

Formula1 yarışlarından bəhs edən və qısa zamanda böyük tamaşaçı kütləsi toplayan Drive to Survive sənədli serialının 5 -ci mövsümündə Bakı yarışı həyəcanlı anları ilə yer alacaq.

Həyəcanverici hadisələrlə yadda qalan öncəki Bakı yarışlarının anbaan görüntüləri məhz bu serialda yer alıb.  2018-ci ildə Red Bull komandasının pilotlarının məşhur toqquşması, 2021-ci ildə Maks Verstappenin yarışın bitməsinə üç dövrə qalmış qəzaya uğraması, Lyuis Həmiltonun yarışın restartındakı böyük səhvi kimi  dramatik səhnələr Bakı yarışını daha da  unudulmaz edib.

“Bakı yuxularıma kabus kimi girir.“ – buraxdığı səhvdən sonra  Lyuis Həmiltonun Mersedes-in komanda rəhbəri Toto Volff ilə söhbət zamanı səsləndirdiyi bu fikir Drive to Survive izləyicilərinin diqqətindən qaçmayıb.

Serial yayımlandığı dörd mövsüm ərzində azarkeşlərə Formula1 yarışlarının maraqlı məqamlarını, komanda və pilotların real hazırlıq prosesini, həyəcanlı görüntüləri – bir sözlə, F1 ruhunu daha yaxından hiss etdirməyi bacarıb.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*